Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada bir kişi üçüncü dəfə COVID-19-a yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Ukraynada bir kişi üçüncü dəfə COVID-19-a yoluxub

Ukraynada bir kişi üçüncü dəfə COVID-19-a yoluxub


Ukraynanın Ternopol vilayətində bir kişi üçüncü dəfə COVID-19-a yoluxub.

“rbc.ua” saytı xəbər verir ki, bunu Ternopol Regional Dövlət Administrasiyasının Səhiyyə şöbəsinin rəisi Vladimir Boqayçuk deyib. Onun sözlərinə görə, bu fakt koronavirus infeksiyasından sağalanların yenidən həmin xəstəliyə yoluxma ehtimalını bir daha təsdiqləyir.

Hazırda Ternopol vilayətində 1075 nəfər koronavirusa yoluxmuş xəstə var və onlardan 144-ü stasionar şəraitdə müalicə alır. Bununla yanaşı, regionda COVID-19 xəstəliyi ilə bağlı vəziyyətin gərginləşməsi müşahidə olunur. Xüsusilə Monastır rayonunda demək olar ki, bütün xəstələr ağır vəziyyətdədir.

Ukraynada COVID-19 virusuna yoluxanların ümumi sayı 68,8 min nəfəri ötüb. Ölkədə bu xəstəlikdən indiyədək 1673 nəfər ölüb.

Geri dön