Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürdüstan əyalətində koronavirusdan vəfat edənlərin sayı 404 nəfərə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kürdüstan əyalətində koronavirusdan vəfat edənlərin sayı 404 nəfərə yüksəlib

Kürdüstan əyalətində koronavirusdan vəfat edənlərin sayı 404 nəfərə yüksəlib


Bu barədə məlumat yayan Kürdüstan Tibb Universitetinin rektoru Fərzin Rzayi deyib ki, Kürdüstanda son bir gün ərzində daha 23 nəfər koronavirusa yoluxub: “Hazırda virusa yoluxan 165 nəfər Kürdüstanın müxtəlif şəhərlərinin xəstəxanalarına yerləşdirilib və həmin xəstələr həkimlərin nəzarəti altında müalicəsini davam etdirirlər.


Əyalətin xəstəxanalarına yerləşdirilən bu xəstələrdən isə vəziyyəti ağır olan 55 nəfər reanimasiya şöbələrində saxlanılırlar.


Koronavirus qurbanlarının əyalətin şəhərlərinə görə sayına gəldikdə isə, təəssüflər olsun ki, iyulun 30-u günorta saatlarına qədər 78 nəfər Saqqızda, 135 nəfər Sənəndəcdə, 33 nəfər Qorvədə, 33 nəfər Banədə, 23 nəfər Mərivanda, 25 nəfər Bicarda, 38 nəfər Kamyaranda, 29 nəfər Divandərədə, 10 nəfər isə Dehqolanda pandemiya yoluxucu xəstəliyindən vəfat ediblər” –deyə, Kürdüstan Tibb Universitetinin rektoru Fərzin Rzayi bəyan edib.

Geri dön