Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəc Hərirçi: "İranda hər 4 korona xəstəsindən biri vəfat edir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İrəc Hərirçi: "İranda hər 4 korona xəstəsindən biri vəfat edir"

İrəc Hərirçi: "İranda hər 4 korona xəstəsindən biri vəfat edir"


Onun sözlərinə görə, Tehran infeksiyanın digər bölgələrə yayılmasına səbəb olan başlıca şəhərdir. Paytaxta gün ərzində təxminən 1 milyona yaxın adamın girib-çıxması səbəbindən Covid-19 infeksiyası asanlıqla digər bölgələrə də sirayət edir.


Hərirçi həmçinin qeyd edib ki, ölkədə virusa yenidən yoluxma hallarının qeydə alınması, habelə cavanlar və yeniyetmələr arasında xəstələrin sayı narahat edici səviyyədədir.


Rəsminin dediklərinə görə, hazırda xəstəxanada yerləşdirilən 20- 29 yaşlı vətəndaşların sayı 4 ay əvvəl ilə müqayisədə 2 dəfə artıb.


Nazir müavini sonda qeyd edib ki, ölkədə 84 milyon vətəndaşa xəstəxanalarda 120 min yer mövcuddur və hazırda həmin çarpayıların hamısı dolub.


Geri dön