Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub


İran hüquq-mühafizə qüvvələrinin bununla bağlı yaydığı məlumata əsasən, hadisə iyulun 30-u axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Sərdəşt (Sarıdaş) sərhəd məntəqəsində baş verib.


Bildirilir ki, bölgədə reyd keçirən sərhədçilər bir qrup əmtəə qaçaqmalçısının səhədi pozaraq, qanunsuz yolla ölkə ərazisinə əmtəə daşıdığının şahidi olub və həmin şəxsləri dayandırmağa çalışıb.


Nəticədə, sərhədçilərlə qaçaqmalçılar arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində İran sərhədçiləri Mətin Saidi və Mehdi Məleki güllə yarası alaraq yerindəcə həlak olublar.


Qeyd edilir ki, silahlı qarşıdurma zamanı qaçaqmalçılardan bir neçəsi hökumət qüvvələri tərəfindən yaxalanıb və onların ölkə ərazisinə gətirdiyi bütün qaçaq mallar isə müsadirə edilib. Hadisənin detalları barədə hər hansı bir məlumat yayılmayıb.

Geri dön