Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı


Bu barədə məlumat yayan İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib ki, son 24 saat ərzində 2548 nəfər Covid-19 xəstəsi aşkarlanıb. Bununla da, ölkədə indiyədək koronavirusa yoluxanların sayı 306 752 nəfərə çatıb.


Onun sözlərinə görə, bu günə qədər xəstələrdən 265 830 nəfəri tam sağalaraq evə buraxılıb. Hazırda isə vəziyyəti ağır olan 4011 xəstə xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


Sima Sadat Lari sonda qeyd edib ki, indiyədək ölkədə 2 milyon 482 min 553-dən çox koronavirus testi həyata keçirilib.

Geri dön