Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda koronavirusdan daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycanda koronavirusdan daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusdan daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 32 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib. Aktiv xəstə sayı 5229 nəfərdir.

Ötən müddət ərzində 732 min 236 test aparılıb. Bugünkü test sayı isə 7283-dür.

Geri dön