Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib

Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib


“Open Azerbaijan” Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasından bildirilib.

Qeyd olunub ki, Elnurə Əzimzadə (“Arpaçay” klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova (“Qara-Qaplan” klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov (“Avey” klubu, 16-17 yaş gənclər) turnirin qalibi olublar.

Murad Cəfərli (“İnam” klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev (“Qara Qaplan” klubu) və Elməddin Səlimli (“Arpaçay” klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev (“Arpaçay” klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (“Avey” klubu) və Əli Məmmədli (“Arpaçay” klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova (“Arpaçay” klubu) isə bürünc mükafata layiq olublar.

İlk Beynəlxalq “Open Azerbaijan” virtual turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.

Geri dön