Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Hüquq > Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib

Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Geri dön