Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

Fərəc Quliyev Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
"Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun vəfatı bizi dərindən kədərləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatındakı xidmətlərinə görə ən yüksək mükafatlara layiq görülmüş Fəttah Heydərovun ölkənin ictimai-siyasi həyatı ilə yanaşı mədəni və mənəvi həyatında da müstəsna xidmətləri olmuşdur. O, parlaq həyatı boyu ölkəmizin inkişafı və xalqın mənəvi dəyərlərinin qorunmasına çalışmış və buna görə də böyük nüfuza sahib olmuşdur. Fəttah müəllimin geniş nüfuza sahib olmasının səbəblərindən biri də onun xalqımızın mental dəyərlərinə bağlılığı və yardımlaşma-xeyriyyəçilik ən-ənələrini bacardığı qədər yaşatması olub.
Sahib olduğu bu dəyərlərlə böyük bir dövlət adamı, ictimai-siyasi xadim və görkəmli şəxsiyyət kimi Fətah Heydərovun bu dünyadan köçməsi xalqımız üçün böyük itkidir. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Fəttah müəllimin vəfatı ilə bağlı bütün doğmalarına, yaxınlarına və onu sevənlərə səbr, mərhuma Allahdan rəhmət diləyirik. Məkanı Cənnət, ruhu şad olsun."

Geri dön