Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Washington Post: Azərbaycanın iranlı narkotik qaçaqçıları ilə mübarizəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Sosial > Washington Post: Azərbaycanın iranlı narkotik qaçaqçıları ilə mübarizəsi

Washington Post: Azərbaycanın iranlı narkotik qaçaqçıları ilə mübarizəsi


Washington Post qəzetində İranın narkotik maddələrin qaçaqmalçılığı məsələsinin Azərbaycan üçün problemli olması barədə analitik məqalə dərc olunub.

Məqalədə Azərbaycanın təhlükəsizlik rəsmilərinin bu barədə narahatlıqları və problemlə necə mübarizə aparmaları barədə yazılıb.

LinklərAzərbaycana daha İran düyüsü və toyuğu gətirilmirİran sərhədçiləri Azərbaycana silahlı qrupun keçmədiyini deyir"Cırtdan Azərbaycan pop-ulduzlardan İran mollalarını cırnatmaq üçün istifadə edir"MövzularBölgə, HadisələrQəzetin müxbiri Joby Warrick yazır ki, İrandan gələn qaçaqçılar narkotik maddələri Qərbi Avropaya çatdırmaq məqsədilə sərhədləri keçmək üçün yeni üsullardan istifadə edir.

Məqalədə həmçinin Azərbaycan rəsmilərinin İran rəhbərlərinin yerli narkotik maddələrə qarşı müharibədə “riyakar” adlandırdığı deyilir: “Onlar iddia edir ki, İran rəhbərləri yerli narkotik maddə qaçaqçılarını edam edir, lakin narkotik maddələrin sərhədin digər tərəfinə keçməsinin qarşısını almaq üçün çox az fəaliyyət göstərirlər.”

“Yeni metodlar”J. Warrick yazır ki, bir qismi ABŞ tərəfindən maliyyələşdirilən donanma “inadkarlıq və texnologiyanın kombinasiyası” vasitəsilə böyük nailiyyətlərlə nəticələnib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Fərhad Tağızadə Washington Post qəzetinə müsahibəsində deyib ki, onalr “irəlidə olmaq üçün daim yeni metodlardan istifadə edir”.

Hakimiyyət deyir ki, naroktik qaçaqmalçıları İranla Əfqanıstan arasında tikilmiş divarda deşiklər açmaq üçüb ağır silahlardan istifadə ediblər.

“Partlayıcı maddələr ilə dolu maşınların və hətta tankların iştirakı ilə divarlarda deşiklər açılıb”, – adının açıqlanmaması şərtilə qəzetə müsahibə verən, Azərbaycanın yüksək rütbəli təhlükəsizlik rəsmisi belə deyib.

O həmçinin qeyd edib ki, ələ keçirdiyi hərbi texnika haqqında, o cümlədən ABŞ birkası daşıyan “müasir gecə vaxtı görmə ləvazimatları” haqqında ABŞ diplomatlarını xəbərdar edib.

10 kiloqram heroinYüksək asılılığa səbəb olan metamfetamin narkotiki İranda kütləvi və olduqca yüksək keyfiyyətli şəkildə istehsal olunur. Washington Post-un müxbirinə əsasən, “Amerikanın narkotik üzrə agentləri deyir ki, onları şübhəsiz, əczaçılıq səviyyəli laboratoriyalarda peşəkar kimyaçılar istehsal edir.”

Avqust ayında Tağızadənin gəmilərindən biri kiçik iranlı gəmiyə yetişəndə “Qaçaqçılar iddia etdi ki, onlar balıq tuturlar, lakin aydın idi ki, bu yalandır” – məqalədə Fərhad Tağızadədən sitat gətirilir.

Gəmidə qeyri-qanuni maddələr tapılmasa da, əməkdaşlar gəminin ərazisində üç gün sualtı axtarış apardıqdan sonra sellofanda bükülmüş 10 kiloqram heroin tapıb.

ABŞ-nin İranla dimlomatik münasibətlərin olmamasına görə, məqalədə Azərbaycanla İran arasında narkotik maddələrin qaçaqlığına qarşı mövcud olan ittifaqın əhəmiyyəti qeyd olunub.

Geri dön