Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məsuliyyətsizlik pandemiyanın yenidən alovlanmasına səbəb ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Məsuliyyətsizlik pandemiyanın yenidən alovlanmasına səbəb ola bilər

Məsuliyyətsizlik pandemiyanın yenidən alovlanmasına səbəb ola bilər


Almaniyanın Gessen federal əyalətində qapalı şəraitdə keçirilmiş bir qonaqlıq məclisi koronavirusun yayılma mənbəyinə çevrilib.

Həmin qonaqlığın 100 iştirakçısından 18 nəfərin koronavirus testi müsbət nəticə verib. Əyalətin hakimiyyət orqanları bu hadisədən xəbər tutandan sonra vəziyyəti nəzarətdə saxlamağı və xəstəliyin kütləvi şəkildə yayılmasına yol verməməyi vəd ediblər, lakin bu vədə əməl etmək real görünmür: səhiyyə departamentinin nümayəndələrinin sözlərinə görə, koronavirusun “geri qayıtmaması” məqamı əldən verilib, çünki həmin tədbirin iştirakçıları dərhal izolyasiya edilməyib, onlar bir müddət adi həyat tərzini davam etdirib, şəhərdə yerlərini dəyişiblər. Yoluxma “zəncirini” izləmək çox çətindir. Virusoloqlar xəstəliyin regionda kütləvi şəkildə yayılmasını istisna etmirlər.

Geri dön