Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ və Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə birgə təlimlərində Yaponiya da iştirak edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > ABŞ və Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə birgə təlimlərində Yaponiya da iştirak edəcək

ABŞ və Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə birgə təlimlərində Yaponiya da iştirak edəcək


Yaponiya hökuməti cari ilin payızında ABŞ, Avstraliya və bir sıra Avropa ölkələrinin kibertəhlükəsizliklə bağlı təşkil edəcəyi birgə təlimlərdə iştirak etmək barədə qərar qəbul edib.

Bu barədə avqustun 6-da Yaponiyanın böyük oxucu auditoriyasına malik olan “The Yomiuri Shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, təlimlər zamanı senariyə əsasən energetika və məlumatların ötürülməsi ilə məşğul olan dövlət müəssisələrinə kütləvi kibernetik hücumun qarşısının alınması nəzərdə tutulur. İlkin olaraq təlim iştirakçılarının Tokioya gəlməsi planlaşdırılsa da, koronavirusun yayılması ilə əlaqədar təlimlər videokonfrans formatında keçirilə bilər.

Təlimlərdə ABŞ, Fransa, Böyük Britaniya və Avstraliyanın iştirak edəcəyi planlaşdırılır. Yaponiya bu təlimlərə ilk dəfə qatılacaq.

Geri dön