Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb


Avqustun 6-da bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 17 976 nəfərə, xəstəliyə yoluxanların sayı isə 320 117 nəfərə çatıb.


Sima Sadat Lari deyib ki, indiyədək 277 463 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda ölkənin xüsusi rejimli xəstəxanalarının intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4156 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 17 976 nəfərə, yoluxanların sayının isə 320 117 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 84 000 nəfəri keçdiyini, 6 milyon 250 mindən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

Geri dön