Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib

Bu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib


Avqustun 11-dən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə bilərlər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Geri dön