Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər

Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər


Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər.

Bu fikirlər Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Xocalı, Xocavənd, Qubadlı, Kəlbəcər, Şuşa və Zəngilan rayonların gənclər və idman idarələrinin təşkilatçılığı ilə keçirilən 12 avqust- Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfransda səsləndirilib. İşğal olunmuş rayonlardan olan 92 nəfər məcburi köçkün gəncin iştirak etdiyi videokonfransda Beynəlxalq Gənglər Gününün əhəmiyyəti, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasət, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi barədə fikirlər səsləndirilib. Gənclər və idman idarələrinin rəisləri gənclərin vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər barədə çıxışlar edib, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilib.

Geri dön