Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AMEA-nın Dendrologiya İnstitutunda palıdın beş növü tədqiq edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > AMEA-nın Dendrologiya İnstitutunda palıdın beş növü tədqiq edilib

AMEA-nın Dendrologiya İnstitutunda palıdın beş növü tədqiq edilib


Palıd Azərbaycan meşələrində fıstıqdan sonra əsas biokütləni təşkil edən cinsdir. Palıdlar Azərbaycan florasında mühüm ekoloji və iqtisadi dəyərə sahibdir. Məlumdur ki, hazırda əsas ekoloji problemlərdən biri qlobal istiləşmədir. Atmosferdə CO₂-nin miqdarının artması ilə istixana effekti yaranır, bunun qarşısını almaq üçün mövcud floranı qorumaq, eləcə də yeni meşə zolaqlarının salınması labüddür. Zəngin meşə resurslarının və biomüxtəlifliyin qorunub saxlanılması istiqamətində palıdların tədqiqi hər zaman aktualdır.

AMEA-nın Dendrologiya İnstitutunda Azərbaycanın müxtəlif ərazilərində, müxtəlif ekoloji şəraitdə bitən 5 palıd növü (Q. castaneifolia, Q. pedunculiflora, Q. iberica, Q. macrhantera, Q. ilex) polimorfizm morfoloji və molekulyar səviyyədə tədqiq edilib.

İnstitutdan bildirilib ki, bütövlükdə 5 növ, 7 populyasiya, 91 fərd və 910 yarpaq nümunəsi üzərində ən son avadanlıqlar vasitəsilə ölçmə işləri aparılıb. Növdaxili, növlərarası, eləcə də populyasiyadaxili və populyasiyalararası müqayisə aparılaraq variasiya təhlil edilib, biomorfoloji əlamətlər, eləcə də hər bir genotip ayrı-ayrılıqda müasir metod və statistik analizlər vasitəsilə qiymətləndirilib. “ANOVA” analizi vasitəsilə populyasiyadaxili genetik müxtəlifliyin yüksək olduğu, populyasiyalararası müxtəlifliyin isə zəif olduğu müəyyən edilib. Bundan başqa, “Claster” analizi vasitəsilə biomorfoloji əlamətlər əsasında növlərarası genetik məsafə öyrənilib, növlərin qohumluq əlaqələri qiymətləndirilib. Nəticədə müəyyən edilib ki, Q. pedunculiflora, Q. iberica, Q. macrhantera növləri genetik məsafə baxımından bir-birinə daha yaxındır.

Geri dön