Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb

İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb


"Sentkom"un "Twitter" səhifəsində bir gəminin üzərində bir helikopterin dayandığını əks etdirən video yayaraq, gəminin beynəlxalq sularda üzdüyünü bəyan edib.


Qurumun bildirdiyinə görə, İranın hərbi qüvvələri bu əməliyyatda iki helikopter və iki gəmidən istifadə ediblər.



Bu məlumatdan bir neçə saat sonra "Reuters" agentliyi yaydığı xəbərdə adını açıqlamadığı amerikalı rəsmiyə istinadən artıq İranın Liberiya gəmisini buraxdığını bəyan edib.


Hələlik İran rəsmi olaraq məsələyə münasibət bildirməyib. Nə də ki, ölkə mətbuatında gəmi saxlanması ilə bağlı heç bir xəbər dərc olunmayıb.


Gəmilərin hərəkət trayektoriyasını izləyən "MarineTraffic" şirkətinin saytında qeyd olunan məlumatlarda həmin gəminin neft tankeri olduğu və Birləşmiş Ərəb Əmirliklərinə üzdüyü deyilir.


Geri dön