Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qubada Soyqırım muzeyi 2013-cü ilin əvvəlində istifadəyə veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Qubada Soyqırım muzeyi 2013-cü ilin əvvəlində istifadəyə veriləcək

Qubada Soyqırım muzeyi 2013-cü ilin əvvəlində istifadəyə veriləcək


Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığında Heydər Əliyev Fondu tərəfindən möhtəşəm abidə kompleksinin tikintisi artıq bitmək üzrədir.

Bu barədə Davam.Az-a Quba rayonundan seçilən deputat Vahid Əhmədov məlumat verib:

“Hazırda Qubada soyqırım məzarlığında ümumi tamamlanma işləri gedir. Tikinti bitmək üzrədir. 2013-cü ilin birinci yarısında kompleks istifadəyə veriləcək”.
Qeyd edək ki, 30 dekabr 2009-cu ildə ölkə başçısı İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılması haqqında sərəncam imzalayıb. Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.

Geri dön