Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada yeni növ koronavirusla bağlı bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ankarada yeni növ koronavirusla bağlı bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb

Ankarada yeni növ koronavirusla bağlı bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb


Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə baxmayaraq, gündəlik yoluxma sayındakı artım tendensiyası bəzi məhdudiyyətlərin vilayətlər üzrə tətbiqinə səbəb olub.

Ankara vilayətində 65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşların nişan, toy və yas mərasimlərində, eləcə də bazarlara girişinə məhdudiyyətlər tətbiq olunub. Bundan başqa, toy mərasimlərinin maksimum iki saat keçirilməsinə icazə veriləcək. İctimai nəqliyyatda, o cümlədən taksi və mikroavtobuslarda sürücü ilə salon arasında şəffaf plastik arakəsmə quraşdırılacaq.

Qeyd edək ki, avqustun 17-də Türkiyədə koronavirus pandemiyasına ilə bağlı 74 min 846 şəxs üzərində test aparılıb. Yoxlanılan şəxslərdən 1233 nəfər xəstə çıxıb. Gün ərzində xəstələrdən 22-si ölüb, 1002-si sağalıb.

Geri dön