Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda KİV nümayəndələrinin dinc mitinqlərdə fəaliyyət qaydaları təsdiqlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Qazaxıstanda KİV nümayəndələrinin dinc mitinqlərdə fəaliyyət qaydaları təsdiqlənib

Qazaxıstanda KİV nümayəndələrinin dinc mitinqlərdə fəaliyyət qaydaları təsdiqlənib


Qazaxıstanda icazəli mitinqlərdə jurnalistlərin fəaliyyət qaydaları təsdiqlənib. Jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə mane olan şəxslər Qazaxıstan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ölkənin İnformasiya və İctimai İnkişaf naziri dinc toplantılarda iştirak edən jurnalistlərin fəaliyyət qaydalarını, fərqləndirici nişanlarını, xüsusi geyim formalarını təsdiqləyən əmr imzalayıb.

Əmrə əsasən, jurnalist dinc yığıncaqlarda kütləvi informasiya vasitələri üçün məlumat və materialların toplanması, hazırlanması üzrə fəaliyyət göstərməklə ölkə qanunvericiliyində nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələr daşıyır.

Dinc yığıncaqlarda məlumatların və materialların yığılması, emalı və hazırlanması üzrə fəaliyyətini yerinə yetirərkən jurnalistin üzərində xidməti vəsiqəsi, habelə bir və ya bir neçə fərqləndirici nişan olmalıdır.

Qeyd edək ki, bu il iyunun 6-da “Qazaxıstan Respublikasında dinc mitinqlərin təşkili və keçirilməsi qaydası haqqında” Qanun qüvvəyə minib. Qanuna əsasən, təşkilatçı mitinq, toplantı və ya piket keçirmək üçün beş iş günü ərzində akimatı (qubernatorluğu) məlumatlandırmalıdır.

Geri dön