Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna məktəblərində azərbaycanlı uşaqlar üçün sinif açıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Ukrayna məktəblərində azərbaycanlı uşaqlar üçün sinif açıblar

Ukrayna məktəblərində azərbaycanlı uşaqlar üçün sinif açıblar


Davam.Az xəbər verir ki, Ukraynanın iri mərkəzi şəhərlərindən olan Nikolayevdəki orta məktəblərin birində azərbaycanlı uşaqlar üçün Azərbaycan dilində iri həcmli xüsusi sinif fəaliyyətə başlayıb. Şəhərin mərkəzindəki 42 nömrəli orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə məktəbin şagirdlərindən 25-dən yuxarı Ukrayna vətəndaşı olan azərbaycanlı uşaqlar həftə sonu iki gün Azərbaycanla bağlı fənnlərdən tədris olunurlar.

Sinif Nikolayev vilayətindəki Heydər Əliyev Cəmiyyəti tərəfindən yaradılıb. Cəmiyyətin sədri Yunus Alıyev deyir ki, Azərbaycan dili vəAzərbaycan tarixinin tədris olunduğu sinifdə dərslər həftənin xüsusi günləri- altıncı və bazar günləri keçirilir. Y.Alıyev bildirir ki, bu xüsusi sinif üçün müəllimlər də Azərbaycandan gətirilib və bütün bunlara maddi dəstək Heydər Əliyev Cəmiyyəti tərəfindən göstərilir. Ümumilikdə1000 nəfərdən çox şagirdi olan məktəbdə 42 azərbaycanlı uşaq oxuyur. Məktəbdə təşki olunan Azərbaycan dilli sinifdə azərbaycanlı şagirdlərin bu xüsusi məşğələlərə qoşulması könüllüdür və ola bilsinki gələcəkdəxüsusi sinifdəki uşaqların sayı daha da artsın:

“Məqsədimiz odur ki, yarım milyondan çox əhalisi olan Nikolaevdə yaşayan 17 minə yaxın Ukrayna vətəndaşı olan azərbaycanlılar arasında Azərbaycan dili və Azərbaycan tarixininin unudulmamasıdır. Buradakı azərbaycanlıların tam əksəriyyəti uzun illərdir burada yaşayır və onların ailələrindədoğulan uşaqların çoxu Azərbaycanı görməyib. Bu səbəbdən hesab edirəm məktəbdə təşkil olunan bu sinif buradakı biz azərbaycanlılar arasında Azərbaycançılıq irsinin yaşadılmasında yardımçı olacaq”.

Y.Alıyev deyir ki, Nikolayevdə təşkil olunan sinifdə Azərbaycan dili vətarixindən başqa milli adət- ənənələr, Azərbaycanın dahi şəxsiyyəti barədə məlumatlar mütəmadi olaraq uşaqlara çatdırılır. Məktəbin qeyd olunan sinif yerləşən hissəsində Azərbaycanın tarixi, ədəbiyyatı və milli bayramları ilə bağlı fotoşəkillər, stendlər, o cümlədən ümumilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotostendlər yerləşdirilib. Nikolayevdəki Heydər Əliyev Cəmiyyəti 2010-cu ildə azərbaycanlı iş adamları Y.Alıyev, Anar Axundov və Kamran Həsənov tərəfindən yaranıb və ermənilərin də daha çox yaşadığı bu şəhərdə Azərbaycanla bağlı tədbirıərin keşirilməsində fəallıq göstərir. Z.Axundov eyni zamanda Ukrayna dövləti tərəfindən yaradılan Azsaylı Xalqlar Birliyinin Nikolayev üzrə sədridir. Heydər Əliyev Cəmiyyətin sədri Y.Alıyev eyni zaman da bildirib ki, yaxın zamanlarda şəhərin mərkəzi küçələrindən birinə “Azərbaycan” adının verilməsi üzərində çalışılır. Cəmiyyət Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə sıx əməkdaşlıq göstərir. UAK-ın sədri Rövşən Tağıyev Azərbaycan dilli xüsusi siniflər ilə bağlı bildirib ki, Nikolayevdəkinə bənzər kiçik siniflər Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovk, Kiev və Simferepol şəhərlərində də fəaliyyətə başlayıb. UAK sədri təəssüflə qeyd edib ki, bəzi regionlarda azərbaycanlı valideynlər uşaqlarını həftəsonu bu siniflərə cəlb eləməkdə passivlik göstərirlıər. O qeyd edib ki, buna baxmayaraq siniflər Ukraynanın digər azərbaycanlılar yaşayan bölgələrində də açılacaq:

“Dərs ləvazimatları da konqresin həmin şəhərlərdəki nümayəndələri tərəfindən Azərbaycandan gətirilərək təmin olunur. Məqsəd Ukrayna vətəndaşlığı olan Azərbaycan ailələrində doğulan uşaqların mütəmadi olaraq Azərbaycanla bağlı məlumatlandırılmasıdır”.

Geri dön