Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Bakıda keçiriləcək nüvə konfransına niyə gəlmir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran Bakıda keçiriləcək nüvə konfransına niyə gəlmir?

İran Bakıda keçiriləcək nüvə konfransına niyə gəlmir?


Noyabrın 21-də AMEA-nın Radiasiya İnstitutunun təşkilatçılığı ilə nüvə enerjisindən dinc məqsədlər üçün istifadə mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Əliyev verib.

A.Əliyev bildirib ki, bu mövzuda keçirilən 5-ci konfransda dünyanın bir sıra ölkələrindən 21-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. MAQATE təmsilçilərinin də qatılacağı konfransda son illərdə nüvə çalışmaları ətrafında mübahisələrin səngimədiyi İran istirak etməyəcək.

Belə ki, İran dövlət səviyyəsində, elmi-tədqiqat institutları olaraq konfransa qatılmayacaq. Ancaq qonşu ölkədən Azərbaycanda keçiriləcək beynəlxalq konfransda şəxsi dəvətli kimi bir neçə aspirantın iştirakı gözlənilir ki, onlar da Adil Əliyevin öz aspirantlarıdır.

Geri dön