Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü leysan Goranboyda təsərrüfatlara ziyan vurub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Güclü leysan Goranboyda təsərrüfatlara ziyan vurub

Güclü leysan Goranboyda təsərrüfatlara ziyan vurub


Avqustun 23-ü güclü leysan yağış nəticəsində yaranmış sel suları Goranboy rayonunun 5 yaşayış məntəqəsindəki təsərrüfatlara - 4 hektar pambıq, 27 hektar yonca və 60 hektar şum-əkin sahəsinə, o cümlədən 25 fərdi yaşayış evinə ciddi ziyan vurub, 8 yaşayış məntəqəsində 3789 abonentin elektrik təminatında fasilələr yaranıb.

Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, Fövqəladə Hallar Komissiyasının üzvləri yaranmış hadisə ilə bağlı dərhal yerlərdə olub, fəsadların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülüb.

Gün ərzində 8 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Geri dön