Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyə

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyə


Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 131 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 845 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 105 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 25 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 589 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 3 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 423 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 678 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 289 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Ərdəbildə isə hazırda koronavirusa yoluxan 217 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 56 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil Tibb Universitetinin rektor Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 17 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 33 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, əyalətdə COVID-19 virusuna yoluxan 285 nəfər xəstəxanalarda müalicə alır.

O həmçinin keçən gün daha 7 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də dünən verilən məlumata əsasən, koronavirusa yoluxanların sayı 3 min 538, infeksiyadan ölənlərin sayı isə 467 nəfərə çatıb.

Geri dön