Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gülüstan əyalətində zəlzələ baş verib, yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Gülüstan əyalətində zəlzələ baş verib, yaralananlar var

Gülüstan əyalətində zəlzələ baş verib, yaralananlar var


Bu barədə məlumat yayan İranın Qızıl Aypara Cəmiyyəti yeraltı təkanların bu gün axşam saatlarında qeydə alındığını bəyan edib.


Bildirilir ki, Ramyan bölgəsində baş vermiş zəlzələ nəticəsində bu ana qədər olan statistikaya əsasən, azı 35 nəfər xəsarət alıb. Onlardan əksəriyyəti amblator (sərpayi) müalicə edilib.


Yeraltı təkan nəticəsində Gurçay və Veyru kəndlərində 50-dən çox evə ciddi xəsarət dəyib. Onların arasında bəzi evləri tamamilə uçduğu deyilir. Ən çox dağıntı Gurçay kəndində qeydə alınıb.


Zəlzələ nəticəsində dağ uçqunu olduğu və nəticədə bir neçə kəndlə əlaqələrin kəsilməsi də yayılan məlumatlar içərisindədir.

Geri dön