Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan narkotik gətirən dəstə zərərsizləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İrandan narkotik gətirən dəstə zərərsizləşdirilib

İrandan narkotik gətirən dəstə zərərsizləşdirilib


İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirərək onu satmağa cəhd göstərən dəstə zərərsizləşdirilib. Bu barədə məlumatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi, polis mayoru Rövşən Rəşidov verib. Onun sözlərinə görə, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1981-ci il təvəllüdlü Zabil Əfləddin oğlu Həsənov, Lənkəran rayonunun Boladi kənd sakini, 1976-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Nəsirov və onun həmkəndlisi, 1986-cı il təvəllüdlü Elvin Həsəndadaş oğlu Quliyevdən ibarət dəstənin İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirdiyi külli miqdarda narkotik vasitəni — 2 kq tiryək və 4 kq həşişi satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 206 və 234-cü maddələrinə müvafiq olaraq Lənkəran ŞRPŞ-də istintaq aparılır.

Geri dön