Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "“Dədə Qorqud”da ermənilərə aid bircə kəlmə belə yoxdur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > "“Dədə Qorqud”da ermənilərə aid bircə kəlmə belə yoxdur”

"“Dədə Qorqud”da ermənilərə aid bircə kəlmə belə yoxdur”


“Bamsı Beyrəyin erməni olmasını iddia etmək “Qazan xan da ermənidir” deməyə oxşayır”. Bu sözləri açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N. Cəfərov bildirib ki, “Kitabi-Dəqə Qorqud”dan başlamış Nizami Gəncəviyə qədər, elə sonrakı dövrlərdə də bir çox əsərlərə ermənilərin iddiası olub. “Amma “Dədə Qorqud”da ermənilərin coğrafiyasına aid heç bir anlayış yoxdur. Bu eposda yunanlar haqqında, Gürcüstan haqqında məlumatlar var. Amma ermənilər haqqında heç bir məlumat öz əksini tapmayıb”.
Qeyd edək ki, uzun müddətdir ki, erməni mətbuatında “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanı olan Bamsı Beyrəyin erməni mənşəli olması haqqında məlumatlar yayılır. Hətta Ermənistanda özünü “Bamsı Beyrəyin davamçıları” adlandıranlar da var.

Sevinc İltifatqızı

Geri dön