Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh silahlı hücum nəticəsində xəsarət alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh silahlı hücum nəticəsində xəsarət alıb

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh silahlı hücum nəticəsində xəsarət alıb


Əfqanıstan İslam Respublikasının Birinci vitse-prezidenti Əmrullah Salehin xidməti avtomobilinə paytaxt Kabildə silahlı hücum olub.

Anadolu agentliyi xəbər verir ki, bombalı hücum nəticəsində Birinci vitse-prezident əlindən xəsarət alıb. Bundan başqa, ilkin məlumatlara görə 2 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Əmrullah Saleh sosial media hesabındakı paylaşımında “hadisə nəticəsində əlindən yaralandığını, lakin belə hücumların onun mübarizəsinə mane olmayacağını” açıqlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen mətbuata açıqlamasında hücumun Əmrullah Salehin xidməti avtomobilinin Kabil şəhərinin Taimani bölgəsindən keçdiyi vaxt törədildiyini bildirib.

Terror aktı ilə bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Geri dön