Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda koronavirusa yoluxma hallarının 50 faizindən çoxu paytaxtda qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycanda koronavirusa yoluxma hallarının 50 faizindən çoxu paytaxtda qeydə alınıb

Azərbaycanda koronavirusa yoluxma hallarının 50 faizindən çoxu paytaxtda qeydə alınıb


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,2 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,3, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2, Şəki-Zaqatalada 1,7, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.

Geri dön