Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ICOM Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında müqavilə imzalanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > ICOM Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında müqavilə imzalanacaq

ICOM Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında müqavilə imzalanacaq


Muzeylər dinamik, daim dəyişən təhsil mərkəzinə çevrilməli, istisnasız olaraq hər kəs, o cümlədən fiziki imkanları məhdud insanlar üçün əlçatan olmalıdır. Bu məqsədlə sentyabrın 11-də, saat 11:00-da Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında müqavilə imzalanacaq.

Qobustan Milli Tarix-Bədii Qoruğunda imzalanacaq müqaviləyə əsasən, sözügedən qoruğun inklüziv muzey kimi fəaliyyətinə metodiki dəstək göstəriləcək. Metodiki dəstək materialları ölkəmizin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən görmə və eşitmə məhdudiyyətli insanlar üçün hazırlanmış proqramlar əsasında tərtib edilib. Belə ki, görmə imkanları məhdud insanların qaya rəsmləri (petroqliflər) haqqında ətraflı informasiya əldə edə bilməsi üçün bu barədə məlumatlar Brayl şriftli etiketajların yerləşdirildiyi taktil maketlərlə müşayiət olunacaq.

Bununla da fiziki imkanları məhdud insanlar Qobustan Milli Tarix-Bədii Qoruğunun eksponatlarını “görmək” və qaya rəsmlərinin (petroqliflərin) formalarını hiss etmək imkanı əldə edəcəklər.

Geri dön