Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb


Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, atəşkəs rejiminin düşmən tərəfindən kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub. Əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Geri dön