Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb

Ukraynada koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb


Ukraynada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 2958 nəfər koronavirusa yoluxub, 76 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 162 min 660 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3340 nəfərdir, 72 min 324 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Geri dön