Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suraxanı rayonunda tanışını bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Suraxanı rayonunda tanışını bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Suraxanı rayonunda tanışını bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub


Sentyabrın 16-da Suraxanı rayonu ərazisində Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

Suraxanı Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İstintaqla hadisənin zərərçəkmişin tanışı İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Geri dön