Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada yeni antirekord: son sutkada 3584 nəfər koronavirusa tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada yeni antirekord: son sutkada 3584 nəfər koronavirusa tutulub

Ukraynada yeni antirekord: son sutkada 3584 nəfər koronavirusa tutulub


Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 3584 nəfər koronavirusa yoluxub, 60 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol vilayətlərində qeydə alınıb.

Bununla da hazırda ölkədə koronavirusa yoluxanların sayı 166 min 240 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3400 nəfərdir, 73 min 913 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Geri dön