Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əsas kapitala yönəldilmiş vәsaitin 74,7 faizi sәnaye və tikinti sahələrinə xərclənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Əsas kapitala yönəldilmiş vәsaitin 74,7 faizi sәnaye və tikinti sahələrinə xərclənib

Əsas kapitala yönəldilmiş vәsaitin 74,7 faizi sәnaye və tikinti sahələrinə xərclənib


Cari ilin yanvar-avqust aylarında әsas kapitala yönәldilmiş ümumi vәsaitin 53,3 faizi sәnaye, 21,4 faizi isə tikinti sahələrinə sərf edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə sözügedən vəsaitin 12,1 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 3,5 faizi peşә, elmi vә texniki fәaliyyәt, 2,2 faizi dövlәt idarәetmәsi vә müdafiә, sosial tәminat, 1,9 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq, 1,4 faizi tәhsil, 1,3 faizi informasiya vә rabitә, 0,9 faizi ticarәt və nәqliyyat vasitәlәrinin tәmiri, 0,4 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 0,5 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, hәr birindә 0,3 faiz olmaqla maliyyә vә sığorta fәaliyyәti, inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, istirahәt, әylәncә vә incәsәnәt sahәsindә fәaliyyәt, 0,2 faizi isə digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsinə ayrılıb.

Geri dön