Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistan COVID-19-a sutkalıq yoluxma sayına görə “liderlik” edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hindistan COVID-19-a sutkalıq yoluxma sayına görə “liderlik” edir

Hindistan COVID-19-a sutkalıq yoluxma sayına görə “liderlik” edir


Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 83 yeni yoluxma faktı qeydə alınıb. Bu, son 15 günün ən aşağı göstəricisi olsa da, ötən gün üçün dünyada sutkalıq ən çox yoluxma halıdır. Ümumiyyətlə, Hindistan son bir neçə gündür ki, sutkalıq yoluxma hallarının sayına görə “liderlik” edir.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 5 milyon 562 min 663 nəfərə çatıb. Ötən sutka ərzində Hindistanda COVID-19 səbəbindən 1053 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 88 min 935-ə çatıb. Nazirlik hazırda bir milyondan çox xəstənin müalicə aldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Ölkədə virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də 4 milyonu, sentyabrın 15-də isə 5 milyonu ötüb. Avqustun 6-dan bəri sutkalıq ən çox yoluxma Hindistanda qeydə alınır.

Geri dön