Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb


Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2020/2021-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2020-ci il sentyabrın 25-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

-Tibbi sosial ekspert komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

-Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS N086);

-Abituriyentin elektron ərizəsi.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Geri dön