Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Birləşmiş erməni müxalifəti oktyabrın 8-də Paşinyanın hakimiyyət taxtını aşırmağa başlayacaq...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Birləşmiş erməni müxalifəti oktyabrın 8-də Paşinyanın hakimiyyət taxtını aşırmağa başlayacaq...

Birləşmiş erməni müxalifəti oktyabrın 8-də Paşinyanın hakimiyyət taxtını aşırmağa başlayacaq...


Fərəc Quliyev: “Bilməliyik ki, Ermənistanda baş verən siyasi dəyişiklik Qarabağ məsələsində yeni yanaşmanı ortaya çıxarmayacaq”

Ermənistanda müxalifətçilər xalqı küçələrə çağırır. Erməni KİV-inin verdiyi məlumata görə, həmin ölkənin müxalif partiyaları "Daşnaktsutyun", "Çiçəklənən Ermənistan" və "Ana Vətən" Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı ümumxalq etirazını elan ediblər.

Müxalifətin mitinqi 8 oktyabrda İrəvanın Azadlıq Meydanında keçiriləcək. Aksiyanın təşkilatçıları Ermənistan sakinlərinin hökumətin işindən narazı olduqlarını qeyd ediblər. Bildirilib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Paşinyanın komandası nəinki ölkədəki total korrupsiyanın kökünü kəsməyib, hətta özü də cinayət planlarının bir hissəsinə çevrilib:

“Ümummilli hərəkat 2018-ci ilin baharında ölkənin inkişafı üçün keyfiyyətcə yeni imkanlar yaratdı. Cəmiyyət ədalətli gözləntilərini formalaşdırdı, xüsusən məqsəd keçmişdəki pis hadisələri tərk etmək, ölkədə ədaləti bərqərar etmək və daha firavan gələcəyi təmin etmək idi. Son iki ildə ictimaiyyətin gözləntiləri gerçəkləşmədi. Hakimiyyət hər yerdə uğursuz oldu. Ölkənin inkişafı təhlükə altındadır. Hakim siyasi qüvvə dövlətçiliyimizin problemlərinə dözə bilməyəcəyini sübut etdi”.

Ermənistanın daxilində vəziyyət stabil deyil. Paşinyan heç bir sahədə verdiyi vədi yerinə yetirə bilməyib. Bu səbəbdən də hakimiyyətə qarşı xalqın qəzəbi böyükdür. Müxalifətin birləşmiş qüvvələrinin bu şəkildə etiraza qalxması Paşinyanın taxtını laxlada bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan hakimiyyətinə bu aksiyaların ciddi təsirinin olacağı danılmazdır: “Bu məsələdə xarici təsirlərin rolu da danılmazdır. Ağaları olan ölkənin proseslərə yön verəcəyinə şübhə yoxdur. Baş verəcək dəyişiklik də həmin ağaların istəyinə uyğun olacaq. Artıq bu müddət ərzində Paşinyanın avantürist dövlət başçısı olduğunu cəmiyyət gördü. İnqilab zamanı əhalini aldadıb hakimiyyətə gəlmişdisə, hazırda onun etimad kvotası tam tükənib. Bu mühüm məsələdir. Gələcəkdə Ermənistana rəhbərlik edəcək təşkilatlar və siyasətçilər üçün də dərs oldu ki, Dağlıq Qarabağ məsələsi ilə manipulyasiya etmək onlara heç bir uğur gətirməyəcək. Onlar praqmatik, rasional qərarlar qəbul etmək məcburiyyətindədirlər. Qalan məsələ ilə bağlı bizim heç bir gözlətimiz olmamalıdır. Məsələn, taym-aut götürüb, nəyin baş verdiyini izləmək bizə lazım deyil. Paşinyandan sonra hakimiyyətə kimin gəlməsi bizim üçün o qədər də böyük önəm daşımır. Biz belə bir situasiyanı Paşinyan zamanında yaşamışıq. Ona taym-aut da verilib, zaman da tanınıb. Hətta Paşinyan yalvarıb vaxt da istəmişdi, söz vermişdi ki, Qarabağla bağlı yeni yanaşmalar ortaya qoyacaq. Görünən budur ki, bunların Qarabağla bağlı məsələdə institutlaşmış siyasətləri var. Necə ki, Ter-Petrosyan hakimiyyətdə olanda müəyyən anlaşmaya getmək istəyirdi, onu kənara atdılar, hətta parlamentdə gülləbaran edib, bir çox vəzifəli şəxsləri qətlə yetirdilər. Azərbaycan kursunu dəyişməli deyil. Son vaxtlar götürdüyü qətiyyətli, tamamilə ölkəmizin milli maraqlarına uyğun siyasi kursu davam etdirməlidir. Müharibə məsələsi ilə bağlı münasibətimiz və fikirimiz dəyişməməlidir. Amma düşmən dövlətdə nə baş verdiyindən xəbərdar olmalıyıq. Hətta lazım gələrsə, bu dəyişiklik dönəmində orada baş verən kataklizmlərdən, daxili qarşıdurmalardan belə istifadə etməliyik. Yəni bilməliyik ki, Ermənistanda baş verən siyasi dəyişiklik Qarabağ məsələsində yeni yanaşmanı ortaya çıxarmayacaq. Bu məsələ Rusiyada hazırlanıb, Ermənistandakı yeni oyunçular da bu məsələdə müstəqil qərarlar verəcək gücdə deyillər. Bunu xüsusi olaraq vurğulamaq lazımdır”.

Ermənistanda baş verən proseslər göstərir ki, Paşinyanın avantüraları öz dönəmini və istifadə müddətini tam başa vurub.

Məhəmmədəli QƏRİBLİ

Geri dön