Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır

Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır


Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası (GAAŞ) Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayır.

Bu fikir GAAŞ-nın yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatla bağlı AZƏRTAC-a təşkilatın sədri İsak Novruzov məlumat verib. Bildirib ki, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistan tərəfinin bu addımını uzun illər ölkəmizə qarşı aparılan hərbi işğal və etnik təmizləmə siyasətinin davamı, habelə beynəlxalq humanitar hüququn və 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir.

Bəyanatda deyilir: “Ermənilərin bu ilin iyul ayında Tovuzda törədilən hücumlardan sonra yenidən təxribatlara əl atması, atəşkəsi pozması, ən dəhşətlisi isə dinc əhalini atəşə tutması bir daha sübut edir ki, işğalçı Ermənistan bölgədə sülhə və sabitliyə ən böyük təhdiddir. Biz Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası olaraq beynəlxalq hüquqdan qaynaqlanan qanuni müdafiə haqqı çərçivəsində öz xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Prezidenti – Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyirik”.

Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası bildirir ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Gürcüstandakı soydaşlarımız tərəfindən böyük sevinclə və ruh yüksəkliyi ilə qarşılanır. Xaricdə, eləcə də Gürcüstanda yaşayan soydaşlarımız bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevin səylərini, yorulmaz fəaliyyətini yüksək qiymətləndirir, onun yanında olduğumuzu bəyan edirik.

Geri dön