Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Türkiyədə yeni neft emalı zavodunun inşasına oktyabrda başlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan Türkiyədə yeni neft emalı zavodunun inşasına oktyabrda başlayacaq

Azərbaycan Türkiyədə yeni neft emalı zavodunun inşasına oktyabrda başlayacaq


Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, illik istehsal gücü 10 mln. ton neft emalına hesablanmış zavod Türkiyənin iri neft-kimya şirkətlər qrupu olan “Petkim”in xammala olan tələbatını tam ödəyəcək: “Bu layihənin iqtisadi səmərəliliyi ondan ibarətdir ki, zavod “Petkim”in yaxınlığında tikilir. Biz bu zavodu tikməklə iki məsələni həll etmiş oluruq. Birincisi, “Petkim”in xammala olan tələbatını ödəyirik, ikincisi isə zavod Egey dənizinə yaxın olduğu üçün Aralıq dənizində və Türkiyə bazarında böyük bir ehtiyat olan dizel, kerosin və kimya xammalı emal etmiş oluruq. Zavod benzin istehsal etməyəcək”.

R.Abdullayev əlavə edib ki, 3 il müddətində zavodda ilk qurğular quraşdırılacaq. Zavodun ilkin qiymətləndirməsi isə 5,5 mlrd. dollardır.

Qeyd edək ki, ARDNŞ “Petkim”in əsas səhmdarlarından biridir.

Geri dön