Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BBC-nin baş direktoru böhtanı etiraf edərək istefa verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > BBC-nin baş direktoru böhtanı etiraf edərək istefa verdi

BBC-nin baş direktoru böhtanı etiraf edərək istefa verdi


BBC-nin baş direktoru Corc Entuisl “Newsnight” proqramının 2 noyabr buraxılışının yaratdığı qalmaqala görə istefa verib. Proqramda 1970-1980-ci illərdə Uelsin uşaq evlərində pedofiliya halları araşdırılıb və təcavüzdə Mühafizəkarlar Partiyası üzvlərindən birinin iştirak etdiyi iddia olunub. Bunun ardınca internetdə lord Alister MakElpaynenin adı hallandırılıb. Alister MakElpayne ittihamları rədd edərək BBC-ni məhkəməyə verəcəyini bildirib. Sonradan lordun adının nahaqdan hallandırıldığı ortaya çıxıb.

Corc Entuisl istefa bəyanatında qeyd edib ki, baş direktor həm də baş redaktor səlahiyyətlərini icra etdiyindən proqramın efirə getməsinə məsuliyyət daşıyır və onun vəzifədən getməsi ən doğru addımdır. O, lord Alister MakElpaynedən üzr istəyib, verilişi efirə getməzdən əvvəl izləmədiyini deyib.

Geri dön