Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sarı gəlin-nin Azərbaycan mahnısı olduğunu deyən erməniyə ermənilər etiraz edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Sarı gəlin-nin Azərbaycan mahnısı olduğunu deyən erməniyə ermənilər etiraz edib

Sarı gəlin-nin Azərbaycan mahnısı olduğunu deyən erməniyə ermənilər etiraz edib


Ermənilər bu dəfə öz rejissorlarının etirafına etiraz ediblər. “Azadinform” xəbər verir ki, erməninin erməniyə etirazı Moskvada Qarabağ müharibəsindən bəhs edən “Prervannaə pesnə” (“Yarımçıq qalan mahnı”) filminin premyerası zamanı baş verib.Moskvanın Kinematoqrafçılar Birliyinin Kino Evində keçirilən təqdimat mərasimində Azərbaycanın Rusiyada olan diaspora nümayəndələri də iştirak edib. Premyera zamanı “Yarımçıq qalan mahnı” iki xalqın qarşılıqlı münasibətlərinin tarixindən daha çox, taleyin hökmü ilə eyni çuxura sürüklənmiş insan talelərinin müəmması deməkdir” - deyə jurnalistlərlə üz tutan filmin icraçı prodüseri Qoar Gevorkyan hətta məşhur mədəniyyət və incəsənət xadimlərinin də dialoqa hazır olmadıqlarından təəssüflənib.
Filmin rejissoru, əslən erməni olan Arik Manukyan isə qeyd edib ki, “Yarımçıq qalan mahnı” hər kəs haqqında olan film olmasa da, hamı üçündür: “Biz qəhrəmanlardan heç kimi müdafiə etməmişik. Sadəcə olaraq, onları çuxura yuvarlatmışıq. Sonrasını isə onlar özləri həll ediblər. “Yarımçıq qalan mahnı” filmi tamamilə şəxsi maliyyə imkanları hesabına çəkilib. Çəkiliş qrupu layihənin kənardan maliyyələşdirilməsi təkliflərindən imtina edib. Çünki daxil olan dəstək təkliflərini edənlərin hər biri süjetin təhrif edilməsini istəyirdilər”.
Tədbir zamanı bir qrup erməni gənci etirazla çıxış ediblər. Mübahisəyə səbəb təqdimatdan qabaq çıxış edən rejissor Arik Manukyanın filmdə səslənən “Sarı gəlin” mahnısından söz açması olub. O, azərbaycanlılar və ermənilərin bu mahnını öz əsərləri kimi təqdim etdiklərini söyləyib. Amma filmdə “Sarı gəlin”i Azərbaycan mahnısı kimi təqdim edib ki, bu da erməni gənclərin etirazına səbəb olub.

Qeyd edək ki, ermənilər bu mahnını “Sarı axçik” deyə adlandırırlar. Erməni gənclər rejissor Arik Manukyanın “Sarı gəlin” mahnısını Azərbaycan dilində səsləndirməsini onun mahnının azərbaycanlılara məxsus olduğunu etiraf etməsi kimi dəyərləndiriblər.

Geri dön