Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Prezidentinin xarici KİV-lərə müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Azərbaycan Prezidentinin xarici KİV-lərə müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidentinin xarici KİV-lərə müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzindədir


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Euronews”, CNN Türk” telekanalına verdiyi müsahibələrdəki fikirləri Gürcüstan mətbuatında geniş işıqlandırılıb.

Gürcüstanın nüfuzlu report.ge, sputnik-georgia.ru, pia.ge, interpressnews.ge və digər informasiya portallarında və 1tv.ge, televiziya kanalında yayımlanan materiallarda Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və həlli yolları ilə bağlı fikirləri yer alıb.

Materiallarda Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə bağlı tələbi, müharibənin Azərbaycan ərazisində getməsi və Ordumuzun əks-hücum əməliyyatlarının məqsədi, Ermənistan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupu çərçivəsində görüşdən imtina etməsi, eləcə də Azərbaycan hökumətinin Ermənistanın törətdiyi hərbi cinayətlərin sübuta yetirilməsi ilə bağlı dəlillərə malik olması barədə sitatlar gətirilib.

Geri dön