Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şövkət Ələkbərovanın yubiley gecəsi keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Şövkət Ələkbərovanın yubiley gecəsi keçiriləcək

Şövkət Ələkbərovanın yubiley gecəsi keçiriləcək


Gecədə sənətkarın lent yazılarında istifadə ediləcək

Sabah - 14 noyabrda Şövkət Ələkbərovanın yubiley gecəsi keçiriləcək.Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında təşkil olunan gecədə xalqımızın əvəzsiz səsi olan mərhum sənətkarın lent yazılarında istifadə ediləcək. Eyni zamanda Şövkət xanımın möhürünü qoyduğu mahnılar sənətçilərin ifasında səslənəcək.

Yubileyde Şövkət Ələkbərovanın nəvəsi balaca Şövkət bəstəkar Faiq Sucəddinovun sənətkara həsr etdiyi nəğməsini ifa edəcək. Mərhum müğənninin ən sadiq tələbəsi olan əməkdar artist Aybəniz Haşımova isə Şövkət xanımın ona son öyrətdiyi və öz yerinə səsini filmə yazdırdığı "Layla"nı təqdim edəcək.

Gecədə müğənnilər İlhamə Quliyeva, Firuza Ibadova, Nuriyye Huseynova, Almaz Orucova, Aygun Bayramova,Teyyub Aslanov və gənc müğənnilər iştirak edəcək. Konserti maestro Ağaverdi Paşayev idarə edəcək.

Geri dön