Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada koronovirusla bağlı karantinin müddəti ilin sonuna qədər uzadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada koronovirusla bağlı karantinin müddəti ilin sonuna qədər uzadılıb

Ukraynada koronovirusla bağlı karantinin müddəti ilin sonuna qədər uzadılıb


Ukrayna Nazirlər Kabinetinin iclasında ölkədə karantin müddətinin dekabrın 31-dək uzadılması barədə qərar qəbul edilib.

Bu barədə Ukraynanın Baş Naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Baş Nazir bəyan edib ki, karantin müddətinin uzaldılmasına səbəb koronavirusa yoluxma hallarının kəskin artmasıdır. Onun sözlərinə görə, bu müddətdə karantinin şərtləri də sərtləşdiriləcək.

Son statistik məlumata görə, Ukraynada koronavirusa yoluxanların sayı 270 min 587 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5122 nəfərdir, 120 min 562 min xəstə isə sağalaraq evə buraxılıb. Sutkalık koronavirusa yoluxma halları 5-6 min civarında dəyişir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılmişdı.

Geri dön