Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son sutkada Qırğızıstanda COVID-19-dan 5 xəstə ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Son sutkada Qırğızıstanda COVID-19-dan 5 xəstə ölüb

Son sutkada Qırğızıstanda COVID-19-dan 5 xəstə ölüb


Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı günbəgün artır. Əgər dünən yoluxma sayı 330 olmuşdursa, bu gün bu rəqəm 388-dir. Pandemiya dövründə yoluxma sayı 50 min 589 nəfərə çatıb

Qırğızıstan Səhiyyə Nazirliyi xəbər verir ki, son 24 saatda koronavirusdan 5 pasiyent ölüb və həyatını itirənlərin sayı 1099 nəfər təşkil edib.

Bildirilir ki, son 24 saatda koronavirusa 32, ümumiyyətlə isə 3 min 488 tibb işçisi yoluxub. Sutka ərzində 196, epidemiya dövründə 45 min 80 xəstənin sağaldığı bildirilir

Geri dön