Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə terror aktının qarşısı ən son anda alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyədə terror aktının qarşısı ən son anda alınıb

Türkiyədə terror aktının qarşısı ən son anda alınıb


Türkiyənin Gazi Antəp şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.

Məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.

Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Geri dön