Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nur-Sultan şəhərinin ən hündür binalarından biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Nur-Sultan şəhərinin ən hündür binalarından biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Nur-Sultan şəhərinin ən hündür binalarından biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb


Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzindəki ən hündür binalardan biri Azərbaycana dəstək məqsədilə iki gün müddətində dövlət bayrağımızın rənglərində işıqlandırılacaq.

Son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə, təcavüzkar Ermənistanın mülki vətəndaşlarımızı, uşaqları qətlə yetirməsinə, müxtəlif şəhərlərimizi atəşə tutmasına Qazaxıstan vətəndaşları da kəskin etiraz edirlər.

Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasının və Qazaxıstan tərəfinin birgə təşəbbüsü ilə tarixi, əlamətdar günlərdə Azərbaycana dəstək məqsədilə həyata keçirilən bu aksiya qardaş qazax xalqının xalqımıza mənəvi dəstəyinin ifadəsi hesab oluna bilər. Bina həm də 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bayrağımızın rənglərinə bürünüb.

Qeyd edək ki, Qazaxıstan paytaxtının mərkəzində Azərbaycan nümayiş etdirilməsi sosial mediada böyük marağa səbəb olub və böyük dəstək qazanıb

Geri dön