Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “OPEC+” ölkələri neft hasilatının azaldılmasına dair sazişə tam sadiqliyi vurğulayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “OPEC+” ölkələri neft hasilatının azaldılmasına dair sazişə tam sadiqliyi vurğulayıb

“OPEC+” ölkələri neft hasilatının azaldılmasına dair sazişə tam sadiqliyi vurğulayıb


OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirləri aprel ayında razılaşdırılmış xam neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə tam sadiq qalmağı vurğulayıblar.

OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında 23-cü iclası keçirilib.

Rusiyanın Energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salmanın da iştirak etdiyi iclasda Texniki Komitə tərəfindən hazırlanan aylıq hesabat, həmçinin JMMC-nin sonuncu iclasından bu yana neft bazarlarındakı inkişaflar və 2021-ci il üçün hasilat proqnozları müzakirə olunub.

“OPEC+” ölkələri tərəfindən aprel ayında razılaşdırılmış istehsalın azaldılmasına dair sazişin bazara verdiyi müsbət töhfə vurğulanıb. JMMC 2020-ci ilin dekabrına qədər bütün üzv ölkələrin öz öhdəliklərinə tam əməl etmələrini və komitəyə təqdim etdikləri kompensasiya planlarını tam yerinə yetirmələrini təmin etmək üzrə öhdəliklərini bir daha təsdiqləyib.

Son aylarda həddindən artıq neft istehsal edən ölkələrin kompensasiya etmələri lazım olan göstəriciləri yerinə yetirməyin vacibliyi qeyd edilib, bunun da bazarın balanslaşdırılması hədəfinə töhfə verəcəyi vurğulanıb.

Həmçinin yığıncaqda cari ilin sentyabr ayı üzrə xam neft istehsalı göstəriciləri də müzakirə olunub, “OPEC+” ölkələri üçün öhdəliklərə tam sadiqliklə bağlı müsbət göstəricilərin məmnuniyyətlə qarşılayıb.

OPEC-in növbəti JMMC toplantısı noyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.

Geri dön