Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Argentinanın geniş oxucu kütləsinə malik “Perfil” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Argentinanın geniş oxucu kütləsinə malik “Perfil” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc edilib

Argentinanın geniş oxucu kütləsinə malik “Perfil” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc edilib


Argentinanın geniş oxucu kütləsinə malik “Perfil” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun məqaləsi dərc olunub.

Ölkəmizin Argentinadakı səfirliyindən bildirilib ki, məqalədə Dağlıq Qarabağ regionunun Ermənistana ilhaq edilməsi məqsədilə 1988-1993-cü illər ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, mülki azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyi və nəticədə 1 milyona yaxın insanın öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldığı qeyd olunur.

Həmçinin Ermənistanın hərbi təcavüzünün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonunun işğalına son qoymağı və hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamənin qəbul olunduğu, lakin bu qətnamələrin icra edilmədiyi bildirilir. Eyni zamanda, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə aparılan danışıqlar prosesinin Ermənistanın beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi və hüququn aliliyinə məhəl qoymaması səbəbindən nəticəsiz qaldığı əlavə edilir.

Məqalədə Azərbaycan ərazisində qanunsuz mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də atəşkəs rejimini pozaraq mülki əhalini atəşə tutması vurğulanır və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində əks-hücum və cavab tədbirlərini həyata keçirdiyi qeyd olunur və Ordumuzun öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruduğu və müdafiə etdiyi diqqətə çatdırılır.

Ermənistanın cəbhə xətti boyunca yaşayan mülki əhali və yerləşən mülki infrastrukturları atəşə tutmaqla 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu deyilir.

Cari il oktyabrın 10-da humanitar atəşkəslə bağlı Moskva razılaşmasının qüvvəyə minməsindən dərhal sonra Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını artilleriya atəşinə tutduğu və oktyabrın 11-də isə cəbhə xəttindən kifayət qədər uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket atdığını və 9 çox mülki şəxsin həlak olduğu, uşaqlar da daxil olmaqla, 30 nəfərin yaralandığı deyilir. Bir həftə sonra, oktyabrın 17-də Ermənistan ərazisindən Gəncəyə ikinci ballistik raket atıldığını, nəticədə 5-i azyaşlı olmaqla 15 mülki şəxsin həyatını itirdiyi, 48 nəfərin isə yaraladığı bildirilir. Bu günə qədər dünya KİV-lərinin mülki əhaliyə qarşı bu kütləvi hücumları geniş şəkildə işıqlandırmadığına təəssüf ifadə olunur.

Məqalədə, həmçinin humanitar atəşkəslə bağlı razılaşmadan dərhal sonra Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin atəşə tutulmasının açıq-aydın müharibə cinayəti olduğu və Ermənistan tərəfindən atəşin dayandırılması ilə bağlı çağırışların riyakarlıqdan başqa bir şey olmadığının bir daha nümayiş etdirdiyi bildirilir.

Sonda Azərbaycanın sülhə sadiq olduğu və buna nail olmaq üçün bütün dialoq mexanizmlərinin yaradıldığı qeyd edilir. Ancaq Ermənistan baş nazirinin oktyabrın 21-də münaqişənin diplomatik yolla həllinin olmaması ilə bağlı son açıqlamasının bir daha Ermənistanın münaqişənin danışıqlar yolu ilə həll olunmasında maraqlı olmadığını göstərdiyi diqqətə çatdırılır. Bu açıqlama ilə Ermənistan rəhbərliyinin Ermənistanın məqsədinin Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaq olduğunu etiraf etdiyi vurğulanır.

Geri dön